Bu gün "Ferentsvaroş"u (Macarıstan) mübarizədən kənarlaşdırmaqla Çempionlar Liqasında əsas mərhələyə adlayan "Qarabağ"ın rəqiblərinin müəyyənləşəcəyi vaxt bəlli olub.
"Football-plus.az" xəbər verir ki, yarışın əsas mərhələsinin püşkü sabah Monako şəhərində atılacaq. Püşkatma mərasimi Bakı vaxtı ilə saat 20.00-da başlanacaq. Tədbirdə "Qarabağ" rəhbərlik səviyyəsində təmsil olunacaq.
Əsas mərhələdə "Qarabağ"ın 8 rəqibi olacaq. Ağdam təmsilçisi oyundanlardan 4-nü evdə, 4-nü səfərdə keçirəcək.
Xatırladaq ki, bu mərhələdə 36 komanda iştirak edəcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta