UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibləri bu gün məlum olacaq.
Day.Az Metbuat.az-a istinadən xəbər verir ki, püşkatma mərasimi avqustun 28-də Monakoda keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Bu mərhələdə Ağdam təmsilçisinin 8 rəqibi olacaq. Komanda matçların 4-nü doğma meydanda, 4-nü isə səfərdə oynayacaq.
Qeyd edək ki, Çempionlar Liqasının əsas mərhələsində ümumilikdə 36 komanda mübarizə aparacaq.