AZ

“Qarabağ”ın rəqibləri bəlli olacaq -

UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”ın rəqibləri bu gün məlum olacaq. Metbuat.az xəbər verir ki, püşkatma mərasimi avqustun 28-də Monakoda keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.Bu mərhələdə Ağdam təmsilçisinin 8 rəqibi olacaq. Komanda matçların 4-nü doğma meydanda, 4-nü isə səfərdə oynayacaq.

Qeyd edək ki, Çempionlar Liqasının əsas mərhələsində ümumilikdə 36 komanda mübarizə aparacaq.

Seçilən
22
6
metbuat.az

7Mənbələr