EN

İsrailin Azərbaycandakı səfiri "Qarabağ"ıtəbrik etdi

İsrailin Azərbaycandakı səfiri Ronen Krausz "Qarabağ" Futbol Klubunun Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması ilə bağlı paylaşım edib.

Redaktor.az xəbər verir ki, səfir bu barədə "X" sosial media hesabında yazıb.

"Tofiq Bəhramov adına Respublika Stadionunda oyunu izləmək və 30 min Qarabağ azarkeşi ilə bu möhtəşəm nailiyyəti birgə qeyd etmək mənim üçün böyük sevinc idi. Çempionlar Liqasının qrup mərhələsində start götürərkən sizə uğurlar arzulayıram. İrəli, Qarabağ! İrəli, Azərbaycan!" - səfir qeyd edib.

Chosen
15
10
redaktor.az

10Sources