EN

İsrail Dəməşq yaxınlığına desant çıxardı

İsrailin desant qrupu Dəməşqin qərbindəki Kisvah bölgəsinə çıxarılıb. 

Olaylar.az xəbər verir ki, məlumatı Suriya telekanalı yayıb.

Onun mənbələri qeyd edib ki, bu addımın məqsədləri və onun nəticələri hələ də məlum deyil.

Eyni zamanda, telekanal Suriya hərbçilərinin daha əvvəl bölgədə mənşəyi məlum olmayan dinləmə cihazları və müşahidə kameraları aşkarladığını vurğulayıb. Qısa müddət sonra İsrail Kisvah şəhərinə hava zərbəsi endirib, nəticədə ölən və yaralananlar var.

Bir gün əvvəl "Şam" televiziyası İsrail Hərbi Hava Qüvvələrinin qırıcılarının Dəməşqin qərbindəki əl-Kisvah bölgəsində Suriya qoşunlarının qərargahına hücum edərək, yerüstü hədəflərə ən azı 6 raket atdığını bildirib. Zərbə həmçinin Dəməşqin kənarındakı Cəbəl əl-Mania dağındakı hərbi obyektə də endirilib.

Avqustun 26-da gecə İsrail pilotsuz təyyarəsi Dəməşqin qərb kənarında Suriya Müdafiə Nazirliyinin hərbi obyektini atəşə tutub. Zərbə nəticəsində 6 əsgər həlak olub, 4-ü isə yaralanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
14
olaylar.az

1Sources