EN

Polşada keçmiş nazir döyülüb

Polşanın keçmiş səhiyyə naziri (2020-23) Adam Nedzelski COVID-19 epidemiyası zamanı apardığı siyasətə görə Polşanın qərbindəki Sedlets yaşayış məntəqəsində döyülüb.

“İki sahil” xəbər verir ki, bu barədə "RMF24" radiostansiyası məlumat verib.

Məlumata görə, siyasətçiyə hücum edən kişilər ölkədə COVID-19 epidemiyası zamanı Nedzelskinin qərarlarını yüksək səslə tənqid ediblər.

Keçmiş nazirin ciddi xəsarət almadığı, hücum edənlərin isə yerli polis tərəfindən nəzarətə götürüldüyü bildirilib. Saxlanılanların dindirilməsi bu gün (avqustun 28-də) baş tutacaq.

Chosen
31
3
ikisahil.az

4Sources