EN

“Real”, “Barselona” və “Qalatasaray” “Qarabağ”ın rəqibləri ola bilər


Çempionlar Liqasının Liqa mərhələsində iştirak edəcək 36 klubun siyahısı artıq məlum olub.
Yeniavaz.com
xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” püşkatma zamanı dördüncü səbətdə yer alacaq.
Reqlamentə əsasən, püşkatma nəticəsində komandamız 4 ev, 4 səfər oyunu olmaqla ümumilikdə 8 rəqiblə üz-üzə gələcək.
Mərasim Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Səbətlər belədir:
1-ci səbət: PSJ, “Real Madrid”, “Mançester Siti”, “Bavariya”, “Liverpul”, “İnter”, “Çelsi”, “Borussiya Dortmund”, “Barselona”.
2-ci səbət: “Arsenal”, “Bayer”, “Atletiko”, “Benfika”, “Atalanta”, “Vilyarreal”, “Yuventus”, “Ayntraxt”, “Brügge”.
3-cü səbət: “Tottenhem”, PSV, “Ayaks”, “Napoli”, “Sportinq”, “Slaviya”, “Olimpiakos”, “Bodo Qlimt”, “Marsel”.
4-cü səbət: “Kopenhagen”, “Monako”, “Yunion”, “Qalatasaray”, “Qarabağ”, “Nyukasl”, “Atletik Bilbao”, “Kayrat”, “Pafos”.

“Qarabağ” və həmçinin digər klublar, görüşlərin biri öz meydanında, digəri səfərdə olmaqla, hər səbətdən iki klubla qarşılaşacaq. Burada yeganə məhdudiyyət eyni ölkəni təmsil edən klubların bu mərhələdə qarşılaşması ilə bağlıdır.
Bu isə o deməkdir ki, ÇL-dəki yeganə təmsilçimiz “Qarabağ” bu mərhələdə ölkəmizdə kifayət qədər azarkeşi olan “Real”, “Mançester Siti”, “Barselona”, “Bavariya”, “Arsenal”, “Atletiko”, “İnter”, “Tottenham” kimi nəhənglərlə, həmçinin Türkiyə təmsilçisi “Qalatasaray”la qarşılaşa bilər.

Murad Məmmədov
Chosen
19
1
yeniavaz.com

2Sources