BAKI, 28 avqust. TELEQRAF
“Rusiyanın Ukraynaya qarşı apardığı müharibə onilliklərlə davam edə bilər, çünki düşmən kifayət qədər resursu var”.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Ali Radasının keçmiş deputatı İqor Lutsenko deyib.
“Görünən budur ki, kifayət qədər uzun müddət mübarizə aparmalı olacağıq. Bu üç il yarım çox sürətlə keçdi. Çox şey dəyişib, amma hələ də sonu görünmür. Məsələn, Rusiyanın hərbi-sənaye kompleksini inkişaf etdirmək və muzdluları işə götürmək üçün iqtisadi imkanlarının sonu görünmür”, - o bildirib.
Lutsenko qeyd edib ki, Ukraynaya qarşı genişmiqyaslı müharibə zamanı Rusiyada yalnız bir dəfə məhdud səfərbərlik həyata keçirilib:
“İşğalçı ölkənin öz əhalisini səfərbərlik öhdəlikləri ilə yükləmədən müharibə xərclərini ödəmək üçün resursları var. Belə davam edərsə, bu, bəlkə də, onilliklər boyu davam edəcək”.
O hesab edir ki, hazırda Ukraynanın vəzifəsi Moskvanın bu müharibəni aparmaq üçün texniki imkanlarını məhdudlaşdırmaqdır: “Hərbi əməliyyatlar davam edəcək, bu, bütün Rusiya xalqının siyasi istəyidir. Bəlkə də bunu Putinin varisləri də davam etdirəcək”.
Lutsenko Ukraynanın hərbi komandanlığını Rusiya ərazisində partizan müharibəsi aparmağa çağırıb: “Artıq bu rejimə keçməliyik”.