EN

Son 7 ayda ən çox sığorta haqqı toplayan şirkətlər - TOP 5

BAKI, 28 avqust. TELEQRAF

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda sığorta şirkətləri arasında ən çox sığorta haqqı toplayan şirkət “Paşa Həyat Sığorta” olub.

Teleqraf Mərkəzi Banka istiandən xəbər verir ki, şirkət hesabat dövründə 433 milyon 890 min manat məbləğində sığorta haqqı toplayıb.

İkinci yerdə 223 milyon 286 min manatla “Paşa Sığorta” qərarlaşıb. Şirkəti 65 milyon 448 min manatla “Atəşgah Həyat” izləyib. Renkinqdə “Qala Sığorta” şirkəti 53 milyon 747 min manatla dördüncü, “Atəşgah” sığorta şirkəti isə 37 milyon 84 min manatla beşinci olub.

Ümumilikdə, son 7 ayda ölkədə fəaliyyət göstərən bütün sığorta şirkətləri tərəfindən 937 milyon 658 min manat məbləğində sığorta haqqı toplanıb.

Chosen
43
teleqraf.com

1Sources