EN

MDB ölkələrinin transsərhəd cinayətkarlığa qarşı birgə mübarizə sahəsində əməkdaşlığı müzakirə edildi

Bakı.Trend:

Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndə heyətiMDB-yə üzv dövlətlərin Baş prokurorlarının müavinlərinin görüşündəiştirak edib.

Trend xəbərverir ki, bu barədə Baş Prokururluq məlumat yayıb.

Bildirilib ki, 2025-ci ilin 27 avqust tarixində AzərbaycanRespublikası Baş prokurorunun müavini Heydər Məmmədov və BaşProkurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi SəbuhiAlıyev Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində təşkilolunan MDB-yə üzv dövlətlərin Baş prokurorlarının müavinləriningörüşündə iştirak edib.

MDB-nin və bir sıra dövlət qurumlarının yüksək vəzifəlitəmsilçilərinin iştirakı ilə keçirilən tədbir çərçivəsindəhüquq-mühafizə sahəsində qarşılıqlı əməkdaşlığın mövcud vəziyyətivə perspektivləri, transsərhəd cinayətkarlığa qarşı birgəmübarizənin təşkili, həmçinin regional və beynəlxalq əməkdaşlığındaha da genişləndirilməsi məsələləri müzakirə olunub.

Görüşdə Heydər Məmmədov çıxış edərək, Koordinasiya Şurasıçərçivəsində həyata keçirilən islahatların əhəmiyyətini,prokurorluqlar arasında qarşılıqlı hüquqi yardım və ekstradisiyasahəsində mövcud əməkdaşlıq təcrübəsini, habelə beynəlxalq vəregional təşkilatlarda Azərbaycanın fəallığını diqqətəçatdırıb.

Baş prokurorun müavini, o cümlədən Azərbaycan Respublikası BaşProkurorluğunun təşkilatçılığı ilə ölkəmizdə bir sıra nüfuzlubeynəlxalq tədbirlərin — Beynəlxalq Prokurorlar Assosiasiyasının29-cu illik iclası, BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29)çərçivəsində “Gücləndirilmiş İqlim Fəaliyyəti üçün Hüquq-mühafizəorqanlarının səfərbər edilməsi” adlı yüksək səviyyəli plenar iclasıvə UNODC-nin GlobE şəbəkəsinin plenar toplantısının təşkilolunduğunu qeyd edib.

Səfər çərçivəsində, həmçinin Heydər Məmmədov MDB-yə üzvdövlətlərin Baş Prokurorluqlarının nümayəndə heyətləri ilə görüşlərkeçirib.

MDB
MDB
MDB
Məqalədə:
Chosen
90
11
az.trend.az

10Sources