AZ

Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak etdi - FOTO

Avqustun 27-də Azərbaycan Baş prokurorunun müavini Heydər Məmmədov və Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi Səbuhi Alıyev Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində təşkil olunan MDB-yə üzv dövlətlərin Baş prokurorlarının müavinlərinin görüşündə iştirak edib.
 
Baş Prokurorluğun Mətbuat Xidmətindən Moderator.az-a bildirilib ki, MDB-nin və bir sıra dövlət qurumlarının yüksək vəzifəli təmsilçilərinin iştirakı ilə keçirilən tədbir çərçivəsində hüquq-mühafizə sahəsində qarşılıqlı əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri, transsərhəd cinayətkarlığa qarşı birgə mübarizənin təşkili, həmçinin regional və beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunub.
 
Görüşdə Heydər Məmmədov çıxış edərək, Koordinasiya Şurası çərçivəsində həyata keçirilən islahatların əhəmiyyətini, prokurorluqlar arasında qarşılıqlı hüquqi yardım və ekstradisiya sahəsində mövcud əməkdaşlıq təcrübəsini, habelə beynəlxalq və regional təşkilatlarda Azərbaycanın fəallığını diqqətə çatdırıb.
 
Baş prokurorun müavini, o cümlədən Azərbaycan Baş Prokurorluğunun təşkilatçılığı ilə ölkəmizdə bir sıra nüfuzlu beynəlxalq tədbirlərin — Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik iclası, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Gücləndirilmiş İqlim Fəaliyyəti üçün Hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” adlı yüksək səviyyəli plenar iclası və UNODC-nin GlobE şəbəkəsinin plenar toplantısının təşkil olunduğunu qeyd edib.
 
Səfər çərçivəsində, həmçinin Heydər Məmmədov MDB-yə üzv dövlətlərin Baş Prokurorluqlarının nümayəndə heyətləri ilə görüşlər keçirib.
Seçilən
65
12
moderator.az

10Mənbələr