Fanat saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab görüşlərindən sonra ölkələrin reytinqini yeniləyib.
Fanat.Az-ın məlumatına görə, Azərbaycan çempionu "Qarabağ" ötən gecə "Ferentsvaroş"a uduzsa (2:3) da, Liqa mərhələsinə yüksəlməklə ölkəmizin əmsallar cədvəlində xal ehtiyatını artıra və mövqeyini yaxşılaşdıra bilib.
Qurban Qurbanovun komandası tarixi uğur sayəsində qazancımızı 1,500 əmsal artırıb. Nəticədə Azərbaycanın cari mövsümkü reytinqi 3,875-ə, son 5 ildəki göstəricisi isə 21.000-ə çatıb.
Beləliklə, Azərbaycan UEFA reytinqində 2 pillə irəliləyərək Ukrayna ilə Sloveniyanı keçib və sıralamada 26-cıdır.
Qeyd edək ki, UEFA reytinqinə 94.950 əmsalla İngiltərə liderlik edir.
Abunə Ol
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.