AZ

UEFA reytinqi: Azərbaycan 2 pillə irəlilədi

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab görüşlərindən sonra ölkələrin reytinqini yeniləyib.

Msport.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” ötən gecə “Ferensvaroş”a uduzsa (2:3) da, Liqa mərhələsinə yüksəlməklə ölkəmizin əmsallar cədvəlində xal ehtiyatını artıra və mövqeyini yaxşılaşdıra bilib.

Qurban Qurbanovun komandası tarixi uğur sayəsində qazancımızı 1,500 əmsal artırıb. Nəticədə Azərbaycanın cari mövsümkü reytinqi 3,875-ə, son 5 ildəki göstəricisi isə 21.000-ə çatıb.

Beləliklə, Azərbaycan UEFA reytinqində 2 pillə irəliləyərək Ukrayna ilə Sloveniyanı keçib və sıralamada 26-cıdır.

Qeyd edək ki, UEFA reytinqinə 94.950 əmsalla İngiltərə liderlik edir.

Seçilən
1
2
msport.az

3Mənbələr