EN

Azərbaycandan Türkiyəyə qaz ixracı 2% artıb

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Türkiyəyə ümumilikdə5,792 milyard kubmetr təbii qaz ixrac edilib.

Bu barədə Trend Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumuna(Enerji Piyasası Düzenleme Kurumu – EPDK) istinadən xəbərverir.

Məlumata görə, bu göstərici 2024-cü ilin ilk 6 ayı iləmüqayisədə 1,96% çoxdur.

Bu ilin iyun ayında isə Azərbaycandan Türkiyəyə ümumilikdə 1,019milyard kubmetr təbii qaz ixrac edilib ki, bu da 2024-cü ilin eyniayı ilə müqayisədə 22,88 milyon kubmetr və ya 2,29% çoxdur.

Bununla da hesabat ayında Azərbaycan Türkiyəyə təbii qaz ixracedən ölkələr sırasında ilk pillədə qərarlaşıb. Belə ki, Türkiyəninümumilikdə idxal etdiyi təbii qazın 32,19%-i Azərbaycanın payınadüşüb.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın "Şahdəniz" yatağından hasiledilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz BoruKəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri(TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır.Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ciildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazınınnəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

Məqalədə:
Chosen
24
6
az.trend.az

7Sources