EN

Sülh bərqərar olunub, amma fikir ayrılıqları var – Paşinyan

Azərbaycan və Ermənistan arasında sülhün qurulması barədə bəyanatlar tərəflər arasında fikir ayrılıqlarının olmaması demək deyil.

Bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib.

O, Azərbaycan ilə sülhün bərqərar olmasına baxmayaraq, hələ də həll olunmamış məsələlərin mövcud olduğunu açıqlayıb.

“Biz qeyd edirik ki, sülh təsbit olunub, amma bu o demək deyil ki, tərəflərin bir-birinə sualları qalmayıb. Belə hal heç vaxt olmur, hətta dost ölkələrlə münasibətlərdə də. Dövlətlər arasında münasibətlərin qurulması və inkişafı dinamik prosesdir. Tərəflər həm razılaşmaları, həm də razılaşmamazlıqları ilə mövcuddurlar. Bu isə ümumi mənzərəyə təsir göstərmir”, – deyə Paşinyan brifinqdə bildirib.

Musavat.com

Chosen
28
2
editor.az

3Sources