EN

UEFA Çempionlar Liqasında dəyişiklik etdi - RƏSMİ

BAKI, 28 avqust. TELEQRAF

UEFA Çempionlar Liqasının finalının başlama vaxtını dəyişdirib.

Teleqraf xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Mayın 30-da Macarıstanın paytaxtı Budapeştdəki "Puşkas Arena"sında keçiriləcək cari mövsümün finalı əvvəlcə planlaşdırılan saat 21:00 (Bakı vaxtı ilə 00:00) deyil, 18:00-da (Bakı vaxtı ilə 21:00) start götürəcək.

Qeyd edək ki, 2024/25 mövsümününün finalında Fransanın PSJ və İtaliyanın "İnter" klubları üz-üzə gəlib. Almaniyadakı "Alyans Arena"da təşkil olunan görüş Paris təmsilçisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Chosen
7
1
teleqraf.com

2Sources