AZ

UEFA Çempionlar Liqasında dəyişiklik etdi

UEFA Çempionlar Liqasının finalının başlama vaxtını dəyişdirib. Metbuat.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.Mayın 30-da Macarıstanın paytaxtı Budapeştdəki "Puşkas Arena"sında keçiriləcək cari mövsümün finalı əvvəlcə planlaşdırılan saat 21:00 (Bakı vaxtı ilə 00:00) deyil, 18:00-da (Bakı vaxtı ilə 21:00) start götürəcək.

Qeyd edək ki, 2024/25 mövsümününün finalında Fransanın PSJ və İtaliyanın "İnter" klubları üz-üzə gəlib. Almaniyadakı "Alyans Arena"da təşkil olunan görüş Paris təmsilçisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Seçilən
6
1
metbuat.az

2Mənbələr