EN

İşgəncə görən uşaqlar valideynlərindən alınacaq? - RƏSMİ - Yenilənib

Hazırda Dövlət Komitəsi və aidiyyəti qurumlar tərəfindən valideynlərin Ailə Məcəlləsinin 64-cü maddəsinə əsasən valideynlik hüquqlarından məhrumetmə məsələsinə baxılır.

Paralel.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.

***

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ağdamda valideynlərinin işgəncəyə məruz qoyduğu azyaşlılarla bağlı məlumat yayıb.

Qurumdan Paralel.az -a bildirilib ki, Xındırıstan kəndində iki azyaşlı uşağın (2 və 3 yaş) valideynləri tərəfindən döyülərək xəsarət alması faktı üzrə aidiyyəti qurumlar tərəfindən əsaslı araşdırma işləri aparılır:

"Hazırda hər iki uşaq müayinə və müalicələrə cəlb olunublar. 

Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən məsələ nəzarətə götürülüb. Mərkəzin əməkdaşları tibb müəssisəsində uşaqların yanındadırlar, səhhətləri ilə yaxından maraqlanırlar. 

İlkin məlumata əsasən, hadisəni törədən valideyinlər polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. 

Baş vermiş hadisə əsnasında vlideynlər öz hüquqlarını həyata keçirərkən uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməklə yanaşı  onların mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa və biganəliyə yol verməklə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin  60-cı maddəsini kobud şəkildə pozmuşlar.

Mövcud vəziyyət isə valideynlərin məsuliyyətə cəlb olunması, habelə Ailə Məcəlləsinin 64-cü maddəsinə əsasən, valideynlik hüquqlarından məhrumetmə halı ilə nəticələnir", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, TƏBİB  Ağdamda valideynlərinin işgəncəyə məruz qoyduğu azyaşlılardan birinin Bakıya gətirildiyini açıqlayıb.

Bildirilib ki, Respublika Neyrocərrahiyyə Xəstəxanasının anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilən 2023-cü il təvəllüdlü azyaşlıya müştərək travma, qapalı kəllə-beyin travması, sol beyin yarımkürəsinin üzərində kəskin subdural hematoma, bədənin çoxsaylı əzilmış yaraları diaqnozları təyin edilib. 

Məlumata görə, pasiyent üzərində subdural hematomanın boşaldılması, dekompressiv kraniotomiya əməliyyatı icra olunub. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.

Qeyd olunub ki, 2024-cü il təvəllüdlü digər azyaşlı (kişi) isə hazırda profilaktik olaraq Ağdam RMX-də həkimlərin müşahidəsi altında saxlanılır, aidiyyəti üzrə təhvil veriləcək.

Billurə

 

Chosen
8
1
paralel.az

2Sources