EN

Yerli brendimiz olan Tovuz Beverage şirkəti media nümayəndələri ilə görüş keçirdi

Tədbirə ölkənin aparıcı media nümayəndələri dəvət olunub və onlar şirkətin məhsulları ilə yaxından tanış olublar. Görüş zamanı qonaqlar “Tovuz Baltiya” brendinə məxsus seçilmiş şərab və konyakların dadımında iştirak ediblər. Zərif ləzzətlər üzərində qurulan bu dequstasiya, yerli istehsalın keyfiyyətini bir daha nümayiş etdirib. Eyni zamanda, tədbir iştirakçıları ilə səmimi söhbətlər aparılıb, şirkətin gələcək planları və yeni layihələri barədə ətraflı məlumat verilib. Tədbirdə çıxış edən “Tovuz Baltiya” şirkətinin rəhbəri Naiq Məmmədhəsənov öz dəyərli nitqi ilə görüşə xüsusi maraq qatıb. O, həm şirkətin uzun illərdir həyata keçirdiyi fəaliyyət istiqamətləri barədə danışıb, həm də Azərbaycanın sosial və mədəni inkişafı haqqında səmimi fikirlərini bölüşüb. Tədbirin sonunda media nümayəndələrinə şirkətin seçilmiş məhsullarından, o cümlədən 30 illik konyakdan hədiyyələr təqdim olunub. Bu, Tovuz Beverage-in qonaqlara diqqətinin və brendin keyfiyyətli məhsullarını paylaşmaq istəyinin bir ifadəsi kimi qiymətləndirilib. Tovuz Beverage olaraq biz, Azərbaycanın mədəni və iqtisadi inkişafına töhfə verməkdən qürur duyuruq və qarşıdakı illərdə də ənənələrimizi davam etdirərək daha böyük nailiyyətlərə imza atmağı hədəfləyirik.

Chosen
16
8
Ajans.az

9Sources