Görüş zamanı qonaqlar “Tovuz Baltiya” brendinə məxsus seçilmiş şərab və konyakların dadımında iştirak ediblər. Zərif ləzzətlər üzərində qurulan bu dequstasiya, yerli istehsalın keyfiyyətini bir daha nümayiş etdirib. Eyni zamanda, tədbir iştirakçıları ilə səmimi söhbətlər aparılıb, şirkətin gələcək planları və yeni layihələri barədə ətraflı məlumat verilib.
O, qeyd edib ki, “Made in Azerbaijan” brendinin beynəlxalq arenada tanıdılmasında Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətləri danılmazdır. Bu təşəbbüslər sayəsində Azərbaycan məhsulları dünya bazarında özünə möhkəm yer qazanıb və milli mədəniyyətimizi ən yüksək səviyyədə təmsil etməkdədir.
Tədbirin sonunda media nümayəndələrinə şirkətin seçilmiş məhsullarından, o cümlədən 30 illik konyakdan hədiyyələr təqdim olunub. Bu, Tovuz Beverage-in qonaqlara diqqətinin və brendin keyfiyyətli məhsullarını paylaşmaq istəyinin bir ifadəsi kimi qiymətləndirilib.
Tovuz Beverage olaraq biz, Azərbaycanın mədəni və iqtisadi inkişafına töhfə verməkdən qürur duyuruq və qarşıdakı illərdə də ənənələrimizi davam etdirərək daha böyük nailiyyətlərə imza atmağı hədəfləyirik.