EN

ABŞ və AB çatdırmayacaq, müdafiəyə keçirik - Ustinova

Sursat çatışmazlığı səbəbindən Ukrayna müdafiəyə keçid üçün üç istehkam xətti yaratmağa hazırlaşır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ukrayna Ali Radasının deputatı Aleksandra Ustinova deyib.

"Silah yoxdursa, biz artıq istehkamlar hazırlayırıq - üç xətt üzrə istehkam... Xüsusən qışda müdafiə müharibəsinə keçəcəyik", - o bildirib.

Ustinova əlavə edib ki, dünyada mərmi tükənmək üzrədir.

Onun sözlərinə görə, ABŞ və Avropa qüvvələrini birləşdirsə belə, Rusiya qədər sursat istehsal edə bilməzlər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Chosen
435
4
milli.az

10Sources