AZ

Nümayəndələr Palatası Baydenə impiçment elan etdi?

ABŞ və Ukrayna yeni müharibə strategiyasının müəyyənləşdirilməsinə start veriblər. Konqresdə isə Ukraynaya hərbi yardımı nəzərdə tutan qanun layihəsi üzrə iş davam edir.

Bayden Konqresdəki respublikaçılara müraciət edib: "Əgər rusiyalı propaqandaçılar sizə mədhiyyələr oxuyurlarsa, deməli nə etdiyiniz barədə yenidən düşünməyə dəyər. Tarix, azadlıqdan vaz keçənləri mühakimə edəcək".

Böyük Britaniyanın Baş Qərargah rəisi Toni Radakin:"Baxmayaraq ki Ukraynanın əks-hücumu məqsədlərinə çatmadı, Putin uduzur və 24 fevralda Ukraynaya hücumdan sonra, o, öz 2-ci faciəvi səhvini edir. O, kəskin formada Rusiya hərbi büdcəsini dolduraraq, iqtisadiyyatın deformasiyasına təkan verir".

 Müharibədə yeni strategiyanın tətbiqi üçün ABŞ Kiyevə general-leytenant Antonio Aqutonu göndərir. Ukraynanın əks-hücumunun hədəflənən məqsədlərə çatmaması fonunda yeni strategiyaya və yeni hücum-müdafiə planlarına ehtiyac yaranıb.

Kiyevdə Antonio Aqutonun Ukrayna generalları ilə görüşlərdən sonra, Almaniyanın Visbaden şəhərində keçirilən hərbi təlimlərdə Ukraynanın yeni müharibə strategiyası-konsepsiyası müəyyənləşdiriləcək.

Son 24 saatda Senatda Ukrayna, İsrail, Tayvana hərbi yardımları və ABŞ sərhədlərinə nəzarətin gücləndirilməsini nəzərdə tutan qanun layihəsi üzrə müzakirələr aktivləşib. Qeyd edək ki, büdcə ilə bağlı məsələlər ənənəvi olaraq əvvəl Nümayəndələr Palatasında, sonra isə Senatda qəbul olunur. Və Nümayəndələr Palatası təşəbbüskar rolunda çıxış edir. İndi müzakirə olunan qanun layihəsi isə istisnadır və ilk növbədə Senatda müzakirə olunur. Niyə? ABŞ qanunvericiliyinə görə Nümayəndələr Palatasında istənilən qanunun qəbul olunması üçün 50%+1 səs lazımdır, Senatda isə 60%, yəni 60 səs. Nümayəndələr Palatasının spikerinin və respublikaçıların destruktiv mövqeyi nəticəsində, sözü gedən qanun layihəsinin Senatda qəbul olunması daha realdır və bu təqdirdə Senat Nümayəndələr Palatasına və spiker Mayk Consona təzyiqlərə başlayacaq.

Maraqlısı odur ki, Zelenski Vaşinqtona səfəri zamanı Senatda və Nümayəndələr Palatasında görüşlər keçirdi. Görüşlərin nəticəsi nə az nə çox 0-a bərabər oldu və heç bir şəkildə mövcud qanun layihəsinin qəbul olunması prosesinə təsir etmədi.

Sərhədə nəzarətin gücləndirilməsi məsələsində, müzakirələri təsəvvür etməyiniz üçün misal gətirim. Demokratlar deyirlər: istənilən məbləğdə maddi vəsait ayırmağa razıyıq, sərhədçilərin sayını kəskin artırmağa razıyıq, miqrasiya hakimlərin sayını artırmağa razıyıq, yeni müvəqqəti saxlanma mərkəzlərin tikintisinə razıyıq, ən müasir texniki nəzarət avadanlıqların quraşdırılmasına razıyıq. Respublikaçılar isə az qala sərhədlərin tamamilə bağlanmasını tələb edirlər, bu isə mümkünsüzdür. Başqa sözlərlə, demokratlar respublikaçıların tələblərinin az qala 70% yerinə yetirməyə hazırdılar və ilk baxışdan ABŞ siyasi praktikası üçün razılığın əldə olunması üçün ideal şərait yaranır. Buna baxmayaraq respublikaçılar "ya hər şey, ya da heç nə" prinsipini rəhbər tuturlar və bu səbəbdən danışıqlar dalana dirənir.

Senatda danışıqlarda demokratları Çak Şumer(demoklartların lideri), respublikaçıları isə Mitç Makkonnell(respublikaçıların lideri) təmsil edir. Bayden bəyan edib ki, bu danışıqlarda iştirakını artıracaq və Şumer, Makkonnellin yanına danışıqlar üçün daxili işlər nazirini göndərib.

* Rusiya propaqandasının "Qərb Ukraynanı atıb" tezisinə cavab olaraq son günlər ərzində Ukraynaya elan olunan yeni hərbi yardımlara diqqət yetirək.

- Almaniya 2024-cü ilk üçün Ukraynaya hərbi-iqtisadi yardım üçün büdcəsindən 8 milyard avro ayırıb.

- Bu ilin sonuna kimi Norveç Ukraynaya 1.8 milyard avro ayıracaq və yeni ilin ilk aylarından yardımları davam edəcək.

- Danimarka parlamentinə Ukraynaya 1 milyard avro dəyərində yardımın ayrılmasını nəzərdə tutan qanun layihəsi müzakirəyə çıxarılırıb.

- Latviya Ukrayna ilə birlikdə "dron koalisiyasının" yaradılmasını elan edib.

* Lend-liz.

"Niyə lend-lizi işə salmırlar" sualına tez-tez rast gəlirik. Lend-liz 9 may 2022-ci ildə Bayden tərəfindən imzalansa da, qanuni qüvvəyə 1 oktyabr 2022-ci ildə minib. (ABŞ-da maliyyə ili 1 oktyabrdan başlayır və 30 sentyabrda bitir). Lend-liz 1 illik qəbul olunmuşdu və başqa cür mümkün deyildi, ona görə ki, lend-liz ümumi büdcə layihəsinin daxilindədir, o isə, hər il ayrıca qəbul olunur. 1 oktyabr 2023-cü ildə, lend-liz qanuni qüvvədən düşüb və hal-hazırda artıq işlək deyil.

1 dəfə olsa da, Ağ Ev lend-lizdən istifadə etmədi və bu səbəbsiz deyil. Bu günə kimi ABŞ Ukraynaya 50-yə yaxın hərbi yardım paketləri elan etmişdi və hamısı Ukrayna üçün PUSLUZ başa gəldi. Lend-liz Pentaqonun bazalarında ayrılan silahlara görə ödəniş formasıdır, icarədir. Bəzi yanlış düşüncələrə görə lend-liz ABŞ-ın Ukraynaya saysız, hesabsız silahların göndərilməsinə yol açırdı, bu elə deyil. Ukraynaya hansı növ silahların verilməsi məsələsində, hərbi infrastruktur, şəxsi heyətin hazırlığı, hərbi-texniki göstəricilər, Ukraya SQ infrastrukturuna inteqrasiya və s. kimi ciddi hərbi faktorlar rəhbər tutulurdu. Bu məsələdə, sadalanan faktorlar həlledici rol oynayırdı, ödəniş forması yox (icarə, ya da pulsuz). Amma təbii ki, bu günə kimi silahların Ukrayna üçün məhz pulsuz şəkildə verilməsi, lend-liz vasitəsilə verilməsindən sərfəliydi. Bu qədər sadə.

* Baydenin impiçmenti.

Nümayəndələr Palatası ABŞ Prezidenti Co Baydenə impiçment proseduru çərçivəsində istintaqın başlanmasının leyinə səs verdi (221-212).

Diqqət edin,Nümayəndələr Palatası Baydenə impiçment elan etmədi, impiçment proseduru çərçivəsində istintaqa başladı. İstintaq adlı sirkdən sonra (Baydenin oğlunun "dəhşətli" korrupsiya faktlarını "ifşa") respublikaçılar səs çoxluğu ilə Baydenə impiçment elan edə bilərlər, amma bundan sonra Senatda bunu dəstəkləyən 67 səs olmalıdır, bu mümkündürmü? Ehtimal 0%. Başqa sözlərlə, respublilaçılar seçkilər ərəfəsində Baydenin reytinqini endirməyə çalışırlar.

Siyasi şou.

Politoloq Kamran Cəfərov

visiontv.az



Seçilən
410
11
visiontv.az

10Mənbələr