EN

Rəqibin məşqçisi: Fiziyev əla döyüşçüdür və nokaut gücünə sahibdir

Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Məşqçisi Dieqo Lima UFC-nin 70 kq çəki dərəcəsində keçmiş çempionu, 35 yaşlı braziliyalı Çarlz Oliveyranın yüngül çəki reytinqində 10-cu pillədə qərarlaşan azərbaycanlı Rafal Fiziyevlə döyüşü qəbul etməsinin səbəblərini izah edib.

İdman.biz xəbər verir ki, məşqçi həmyerlimizin əla döyüşçü olduğunu bildirib.

"Sherdog" portalı Limanın sözlərini belə təqdim edib: “Reytinqdəki mövqe döyüşçünün çıxışları qədər vacib deyil. Fiziyev əla döyüşçüdür və nokaut gücünə sahibdir. Məncə, o, Çarlzla ayaqüstə döyüşməyə çalışacaq. Çarlz isə öz növbəsində MMA qaydalarına uyğun hərəkət etməli və onu qələbəyə aparacaq yolla getməlidir".

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
79
1
icma.az

2Sources