EN

"Avropada Azərbaycan haqqında danışacaqlar" - Santuş


Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş DÇ-2026-nın seçmə mərhələsində səfərdə İslandiya yığmasına qarşı keçirəcəkləri görüşdən əvvəl mətbuat konfransında "Qarabağ" klubu barədə danışıb. O qeyd edib ki, "Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması Azərbaycan üçün nailiyyətdir.
70 yaşlı mütəxəssis komandanı uğur münasibətilə təbrik edib: "Başda Qurban Qurbanov olmaqla, "Qarabağ"ı təbrik edirəm. Bu uğur Azərbaycan üçün nailiyyətdir. Avropada Azərbaycan haqqında danışacaqlar".

Mətləb

Chosen
80
3
baki-xeber.com

6Sources