AZ

Fernandu Santuş "Qarabağ"ı təbrik edib: "Azərbaycan üçün nailiyyətdir"

"Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması Azərbaycan üçün nailiyyətdir".

İdman.biz "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş DÇ-2026-nın seçmə mərhələsində səfərdə İslandiya yığmasına qarşı keçirəcəkləri görüşdən əvvəl mətbuat konfransında deyib.

70 yaşlı mütəxəssis komandanı təbrik edib: "Başda Qurban Qurbanov olmaqla Qarabağı təbrik edirəm. Bu uğur Azərbaycan üçün nailiyyətdir. Avropada Azərbaycan haqqında danışacaqlar.

Qeyd edək ki, yığma sentyabrın 5-də Reykyavikdə İslandiya və sentyabrın 9-da Bakıda Ukrayna ilə üz-üzə gələcək.

İdman.biz

Seçilən
93
1
idman.biz

6Mənbələr