EN

Yeddi ayda dövlət xəttilə 247 milyon manat ipoteka krediti verilib

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında İpoteka və Kredit Zəmanət Fondunun(İKZF) xətti ilə 247,2 milyon manat kredit verilib.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbərverir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,8%azdır.

Təkcə iyulda isə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xəttiilə 14,3 milyon manat kredit verilib ki, bu da ötən ilin eynidövründəki göstəriciyə nisbətən 71,4% azdır.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərinməbləği isə 4,7% artaraq 257,8 milyon manat təşkil edib.

Bu il ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitinməbləği 23,3% artaraq 370 milyon manat olub.

Eyni zamanda Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləğiisə 27,1% azalaraq 47,9 milyon manat həcmində müəyyənləşib.

Chosen
41
2
az.trend.az

3Sources