AZ

7 ayda dövlət xəttilə 247 milyon manat ipoteka krediti verilib

525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bu ilin yanvar-iyul aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 247,2 milyon manat kredit verilib.

525.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,8 % azdır.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 4,7 % artaraq 257,8 milyon manat olub.

İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 23,3 % artaraq 370 milyon manata çatıb, Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 27,1 % azalaraq 47,9 milyon manat qalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
2
525.az

3Mənbələr