EN

I Qarabağ müharibəsində itkin düşmüş şəhid Rizvan Hacıyev dəfn edilib - YENİLƏNİB

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid hərbçi Rizvan Hacıyevin nəşinin qalıqları dəfn edilib.

APA-nın yerli bürosu xəbər verir ki, onun qalıqları Kürdəmir rayonunun Qocalı kənd qəbristanlığında torpağa tapşırılıb.

***

12:53

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan hərbçi Hacıyev Rizvan Qara oğlunun nəşinin qalıqları bu gün Kürdəmir rayonunda ailəsinə təhvil verilib.

APA-nın yerli bürosunun məlumatına görə, hazırda şəhidlə vida mərasimi keçirilir.

Vida mərasimində rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, hərbi qulluqçular, rayon sakinləri və şəhidin doğmaları iştirak edirlər.

Chosen
6
10
apa.az

10Sources