Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid hərbçi Rizvan Hacıyevin nəşinin qalıqları dəfn edilib.
APA-nın yerli bürosu xəbər verir ki, onun qalıqları Kürdəmir rayonunun Qocalı kənd qəbristanlığında torpağa tapşırılıb.
***
12:53
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan hərbçi Hacıyev Rizvan Qara oğlunun nəşinin qalıqları bu gün Kürdəmir rayonunda ailəsinə təhvil verilib.
APA-nın yerli bürosunun məlumatına görə, hazırda şəhidlə vida mərasimi keçirilir.
Vida mərasimində rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, hərbi qulluqçular, rayon sakinləri və şəhidin doğmaları iştirak edirlər.