"Reuters" xəbər agentliyinin yaydığıxəbərəgörə, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarlığının sözçüsü Ravina Şamdasani Cenevrədə mətbuata danışarkən məlumat verib. O diqqətə çatdırıb ki, BMT İranda"ölüm hökmünün dövlətinhədə-qorxu alətikimi işlədilməsini"pisləyir.
"Təkcəiyuldaİranın müxtəlif şəhərlərində110 nəfəredam cəzasının qurbanına çevrilib. Bu rəqəm keçən ilin müvafiq ayında edam olunanların sayından 2 dəfə çoxdur. Eyni zamanda, cari ilin birinci yarısında da rekord sayda edam hökmü yerinə yetirilib",– xanım sözçü vurğulayıb.
Məlumata əsasən, edam məhkumlarının arasında qadınlar, Əfqanıstan vətəndaşları, həmçinin etnik azlıqlar (bəluc, kürd və ərəblər) da var.
Firudin Həmidli
AzVision.az