Azvision portalından alınan məlumata görə, ain.az xəbər verir.
"Reuters" xəbər agentliyinin yaydığı xəbərə görə, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarlığının sözçüsü Ravina Şamdasani Cenevrədə mətbuata danışarkən məlumat verib. O diqqətə çatdırıb ki, BMT İranda "ölüm hökmünün dövlətin hədə-qorxu aləti kimi işlədilməsini" pisləyir. "Təkcə iyulda İranın müxtəlif şəhərlərində 110 nəfər edam cəzasının qurbanına çevrilib. Bu rəqəm keçən ilin müvafiq ayında edam olunanların sayından 2 dəfə çoxdur. Eyni zamanda, cari ilin birinci yarısında da rekord sayda edam hökmü yerinə yetirilib", – xanım sözçü vurğulayıb. Məlumata əsasən, edam məhkumlarının arasında qadınlar, Əfqanıstan vətəndaşları, həmçinin etnik azlıqlar (bəluc, kürd və ərəblər) da var. Firudin Həmidli
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.