İngiltərənin “Vulverhempton” klubunun portuqaliyalı hücumçusu Fabio Silva bundan sonra Dortmund “Borussiya”sının uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Almaniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. “Sarı-qırmızılar” bu keçid üçün qarşı tərəfə 22,5 milyon avro ödəyiblər.
Xatırladaq ki, Fabio Silva 2020-ci ilin yayında “Portu”dan “Vulverhempton”a keçmişdi. O, “canavarlar”ın heyətində meydana çıxdığı 72 oyunda 5 qol vurub, 6 ötürmə verib. Bundan başqa, portuqaliyalı hücumçu arxada qalan illər ərzində icarə əsasında “Anderlext”, PSV, “Reyncers” və “Las Palmas”da oynayıb.
Fabio Portuqaliya millisində cəmi 1 oyun keçirib.
“Transfermarkt” internet-portalı 23 yaşlı hücumçunun transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.