EN

Beş şahmatçımız 2 milyon dollar uğrunda yarışacaq

Şahmat üzrə 2025-ci ildə keçiriləcək Dünya kubokunun yeri və vaxtı bəlli olub.

"Football-plus.az" xəbər verir ki, mükafat fondu 2 milyon dollar olan turniroktyabrın 20-dən noyabrın 27-dək Hindistanın Qoa şəhərində keçiriləcək.

Planetin 206 şahmatçısı yüksək yerlər uğrunda mübarizə aparacaq. Ölkəmizi Dünya kubokunda Şəhriyar Məmmədyarov, Nicat Abasov, Rauf Məmmədov, Read Səmədov və Əhməd Əhmadzadə təmsil edəcək.

Chosen
102
1
football-plus.az

2Sources