"Mançester Yunayted" yenidən Emilyano Martineslə maraqlanır.
Offsideplus.az xəbər verir ki, bir tərəfdən Senne Lammenslə də danışıqları davam etdirən "qırmızı şeytanlar" argentinalı qapıçı üçün "Aston Villa" ilə müzakirələrə yenidən başlayıb.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Mançester Yunayted" qapıçı transferini yekunlaşdırmaq üçün tələsir. Çünki İngiltərədə "transfer pəncərəsi" sabah axşam bağlanacaq.