EN

Cəlilabadda ağır qəza oldu, azyaşlı öldü

Cəlilabadda azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Metbaut.az xəbər verir ki, hadisə şəhərin Abbasağa Azərtürk küçəsi ilə Dədə Qorqud küçəsinin kəsişməsində qeydə alınıb.

Hərəkətdə olan "Opel" və "VAZ-2107" markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində "VAZ-2107" markalı nəqliyyat vasitəsində sərnişin qismində olan 2 yaşlı Nazlı Vahibzadə ölüb. Həmin nəqliyyat vasitəsində olan 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Cəlilabad rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.

Chosen
117
19
metbuat.az

10Sources