AZ

Cəlilabadda baş verən qəzada 2 yaşlı uşaq ölüb - YENİLƏNİB

Cəlilabad rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə ikisi qadın, biri kişi olmaqla 3 nəfər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

APA xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, onlara bədənin müxtəlif nahiyələrinin travması və kəsilmiş yaraları diaqnozları təyin olunub.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən hər üç şəxsə zəruri ilkin tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.

Qeyd edək ki, hadisə zamanı 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

***

13:52

Cəlilabadda azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi şəhərin Abbasağa Azərtürk küçəsi ilə Dədə Qorqud küçəsinin kəsişməsində qeydə alınıb.
Hərəkətdə olan "Opel" markalı minik avtomobili "VAZ-2107" markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində "VAZ-2107" markalı nəqliyyat vasitəsində sərnişin qismində olan 2 yaşlı A.V. ölüb. Həmin nəqliyyat vasitəsində olan 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Cəlilabad rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
92
19
apa.az

10Mənbələr