EN

Xaçmaz Olimpiya İdman Kompleksinin yaxınlığında yanğın - FOTO

Ajans.az xəbər verir ki, İdman Kompleksinin yaxınlığında, “Şollar” su kəmərinin mühafizə zolağında başlayan yanğın 3 hektar ərazini əhatə edib. Nəticədə kol-kos, müxtəlif ağaclar yanıb. Hadisə yerinə FHN-nin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın məhdudlaşdırılıb, fərdi yaşayış evlərinə keçməsinin qarşısı alınıb. Hazırda soyutma işləri görülür. Yanğına səbəb kimi külək nəticəsində elektrik naqilin qırılaraq otluq sahəyə düşməsi göstərilir. \apa.az

Chosen
42
7
Ajans.az

10Sources