EN

10 ay əvvəl açılan yol yenidən təmirə bağlanıb? - AÇIQLAMA

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakının Pirşağı, Kürdəxanı və Nardaran istiqamətində hərəkət edən sürücülərin sevinci uzun sürməyib. Belə ki, 10 ay əvvəl istifadəyə verilən yolun əksər hissəsi yenidən təmirə bağlanıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən yol noyabr ayında beynəlxalq tədbir öncəsi iki lay asfalt-beton örtüyü ilə istifadəyə verilib.
Hazırda layihə üzrə üçüncü aşınma lay asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.
Qeyd olunub ki, təmir işləri bir neçə günə yekunlaşacaq.
Chosen
180
17
oxu.az

10Sources