AZ

Bakıda memarlıq abidəsinin fasadında icazəsiz quraşdırılmış metal konstruksiyalarla bağlı AÇIQLAMA

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 28 May küçəsində yerləşən, yerli əhəmiyyətli memarlıq abidəsinin fasadında icazəsiz quraşdırılmış metal konstruksiyalarla bağlı məlumat yayılıb.
Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən həmin məlumatla bağlı Oxu.Az-a bildirilib ki, məsələ hazırda nəzarətdədir:
"Qeyd edək ki, Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarına əsasən (inventar nömrəsi 2985), bu bina dövlət tərəfindən mühafizə olunan memarlıq abidələri siyahısına daxildir.
Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin müdaxiləsi ilə abidənin fasadına zərər yetirən həmin icazəsiz metal konstruksiyalar sökülür. Bununla yanaşı, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mütəxəssisləri ilə birlikdə abidənin tarixi görkəminin bərpası istiqamətində zəruri tədbirlər görülür.
Qeyd edirik ki, gələcəkdə də memarlıq abidələrinin tarixi simasının qorunması üçün istənilən razılaşdırılmamış müdaxilələrin qətiyyətlə qarşısı alınacaq.
Bu istiqamətdə bizə dəstək olan və vaxtında məlumat verən vətəndaşlarımıza təşəkkür edirik. Birgə səylərimiz sayəsində şəhərimizin mədəni irsi daha etibarlı şəkildə qorunacaq".
Seçilən
27
1
oxu.az

10Mənbələr