EN

Bıçaqlayıb qaçmışdı, tutuldu

Ağcabədi sakinini bıçaqlayıb qaçan şəxs yaxalanıb.

Bizim.Media xəbər verir ki, avqustun 30-da saat 22 radələrində Ağcabədi rayonunun Hacıbədəlli kəndi ərazisində Hüslülü kənd sakini, 2004-cü il təvəllüdlü İnqilab Qəhrəmanov qarın nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilib.
 

Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayəti törədərək hadisə yerindən qaçan Pərioğlular kənd sakini, 2005-ci il təvəllüdlü Azər Həsənquliyev saxlanılıb.


Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, hadisənin mal-qara alveri ilə bağlı yaranmış münaqişə zəminində baş verdiyi bildirilir. (Qafqazinfo.az)

Bizim.Media

Chosen
121
6
bizim.media

7Sources