Ağcabədi sakinini bıçaqlayıb qaçan şəxs yaxalanıb.
“Qafqazinfo” xəbər verir ki, avqustun 30-da saat 22 radələrində Ağcabədi rayonunun Hacıbədəlli kəndi ərazisində Hüslülü kənd sakini, 2004-cü il təvəllüdlü İnqilab Qəhrəmanov qarın nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayəti törədərək hadisə yerindən qaçan Pərioğlular kənd sakini, 2005-ci il təvəllüdlü Azər Həsənquliyev saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, hadisənin mal-qara alveri ilə bağlı yaranmış münaqişə zəminində baş verdiyi bildirilir.
7Mənbələr
-
news24.azBıçaqlayıb qaçmışdı, tutuldu ( 20872282)
-
far.azBıçaqlayıb qaçmışdı, tutuldu ( 20872972)
-
cebheinfo.azBıçaqlayıb qaçmışdı, tutuldu ( 20872612)
-
avtosfer.azBıçaqlayıb qaçmışdı, tutuldu ( 20872093)
-
demokrat.azBıçaqlayıb qaçmışdı, tutuldu ( 20871877)
-
bizim.mediaBıçaqlayıb qaçmışdı, tutuldu ( 20871235)
-
qafqazinfo.azBıçaqlayıb qaçmışdı, tutuldu ( 20871082)