Ajans.az xarici KİV-ə istinadən xəbər verir ki, bu təklifi Çin Xalq Respublikasının Sədri Si Cinpin Tiencin şəhərində ŞƏT üzv ölkələrin dövlət başçıları Şurasının 25-ci iclasında çıxışı zamanı səsləndirib. "Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında təhlükəsizlik və iqtisadiyyat sahələrində əməkdaşlığa dəstəyi gücləndirmək üçün ən qısa zamanda ŞƏT İnkişaf Bankını yaratmaq lazımdır", - deyə Si Cinpin vurğulayıb. Məlumat üçün qeyd edək ki, ŞƏT üzv ölkələrin dövlət başçıları Şurasının iclasında 20-dən çox dövlətin lideri iştirak edir.