AZ

ŞƏT İnkişaf Bankı YARADILIR?

Yazını böyüt
Yazını kiçilt

Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin bir araya gələrək ŞƏT İnkişaf Bankını yaratmağı təklif edilib.

Hafta.az xarici KİV-ə istinadən xəbər verir ki, bu təklifi Çin Xalq Respublikasının Sədri Si Cinpin Tiencin şəhərində ŞƏT üzv ölkələrin dövlət başçıları Şurasının 25-ci iclasında çıxışı zamanı səsləndirib.

Si Cinpin vurğulayıb ki, Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında təhlükəsizlik və iqtisadiyyat sahələrində əməkdaşlığa dəstəyi gücləndirmək üçün ən qısa zamanda ŞƏT İnkişaf Bankını yaratmaq lazımdır.

Məlumat üçün qeyd edək ki, ŞƏT üzv ölkələrin dövlət başçıları Şurasının iclasında 20-dən çox dövlətin lideri iştirak edir.

Seçilən
23
1
hafta.az

2Mənbələr