EN

Anasız atasız uşağa işgəncələr verilib? Video

ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Valideynlərini itirən uşağa qohumları tərəfindən ağır işgəncələr verildiyi deyilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədə “Qadın və Uşaq Sığınacağı” tərəfindən paylaşım olunub. 

İddia edilir ki, yeniyetmənin 14 yaşı var və davamlı olaraq ağır işgəncələrə məruz qalıb: “Anası həyatını itirib, atası isə həbsxanada dünyasını dəyişib. Adının çəkilməsini istəməyən şəxslər bildiriblər ki, uşağı qəyyumluğa götürən xalası ona davamlı olaraq işgəncə verib. Uşağa qarşı aylardır zorakılıq edilib…”

Görüntülərdən də yeniyetmənin başında və bədənin müxtəlif yerlərində ağır işgəncə izləri aydın görünür.

Hadisə ilə bağlı aidiyyəti qurumlara müvafiq sorğular ünvanlamışıq. 

Gülnar Əliyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
7
3
qafqazinfo.az

3Sources