AZ

Ana-atasız uşağa işgəncələr verilib?

Valideynlərini itirən uşağa qohumları tərəfindən ağır işgəncələr verildiyi deyilir.

Demokrat.az xəbər verir ki, bu barədə “Qadın və Uşaq Sığınacağı”nın sosial şəbəkə hesabında paylaşım edilib.

İddiaya görə, yeniyetmənin 14 yaşı var və davamlı olaraq ağır işgəncələrə məruz qalıb: 

“Anası həyatını itirib, atası isə həbsxanada dünyasını dəyişib. Adının çəkilməsini istəməyən şəxslər bildiriblər ki, uşağı qəyyumluğa götürən xalası ona davamlı olaraq işgəncə verib. Uşağa qarşı aylardır zorakılıq edilib…”

Görüntülərdən də yeniyetmənin başında və bədəninin müxtəlif yerlərində ağır işgəncə izləri aydın görünür.

Həmin kadrları təqdim edirik:

Seçilən
12
5
demokrat.az

3Mənbələr