EN

Goranboyda yol qəzası olub, xəsarət alanlar var

Goranboy rayonunda yol-nəqliyyat qəzasının baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Hadisə Balakürd kəndində qeydə alınıb. Qəza yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Goranboy Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Müəyyən olunub ki, “Mercedes” və VAZ 2107 markalı iki minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və iki nəfər deformasiyaya uğramış “Mercedes” markalı avtomobildə sıxılı vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan vətəndaşları xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Chosen
82
43
yeniazerbaycan.com

10Sources