AZ

Qazaxda qəza olub, 3 nəfər xəsarət alıb - YENİLƏNİB

Bakı, 6 sentyabr, AZƏRTAC

Qazax rayonunun Çaylı kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib. Hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Opel” və “VAZ-2107” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və vətəndaşlar deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıblar.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq “VAZ-2107” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan sürücü, 1992-ci il təvəllüdlü Bayramov Niyaz Eyvaz oğlunu, eləcə də sərnişinləri, 1992-ci il təvəllüdlü Nuriyev Rəşad İbrahim oğlu və 1989-cu il təvəllüdlü Sadıqov Sadıq Məhəmməd oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

21:48

Qazaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Xanlıqlar kəndində qeydə alınıb. Hərəkətdə olan “VAZ 2107” ilə “Opel” markalı minik maşını toqquşub. Qəza zamanı xəsarət alan 3 nəfər xəstəxanaya yerləşdirib. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Seçilən
8
14
azertag.az

10Mənbələr