AZ

Futbolçu bıçaqlanan qadını belə xilas etdi

“Sampdoriya” futbolçusu bıçaqlanan qadını xilas etməyə kömək edib.

Publika.az xəbər verir ki, hadisə sentyabrın 2-də baş verib. İtaliya komandasının yarımmüdafiəçisi Alessandro Bellemo ailəsi ilə birlikdə Sottomarinada olarkən 34 yaşlı polşalı turist Monika Qrimmin qışqırıqlarını eşidib, o, itini gəzdirərkən bıçaqlanıb.

Futbolçu dərhal qadına köməklik göstərib, onu qardaşının evinə aparıb və təcili yardım çağırıb.

“Biz onu az qala mənim evimə qədər apardıq, təcili yardım çağırdıq və almanca danışan bina sakinlərinin bəziləri də bizə kömək etdilər. Əvvəl huşu özündə idi, sonra huşunu itirməyə başladı. Lakin o, balaca iti haqqında soruşmağa davam etdi”, – Bellemo “La Nuova Venezia” nəşrinə deyib.

Seçilən
83
48
publika.az

10Mənbələr