AZ

Ərzurumda ev çökdü: 3 nəfər öldü, 5 nəfər yaralandı

Türkiyənin Ərzurum viayətinin Pasinlər rayonunda bədbəxt hadisə baş verib.

Publika.az "Haberglobal"a istinadən xəbər verir ki, rayonun Porsuk məhəlləsində yaşayış evinin damı naməlum səbəbdən çöküb.

Əraziyə Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsinin (AFAD) xilasediciləri cəlb olunub. Dağıntılar altından 3 nəfərin cansız bədəni çıxarılıb, xəsarət alan daha 5 nəfər isə xəstəxanaya çatdırılıb.

Seçilən
7
28
publika.az

10Mənbələr