BAKI, 1 sentyabr. TELEQRAF
2025/2026-cı il basketbol mövsümünün hazırlıqlarına start verən “Sərhədçi”ninyeni baş məşqçisi müəyyənləşib.
Teleqtraf xəbər verir ki, omandanın “sükanı arxası”na Anar Sarıyev keçib.
Onunla müqavilə imzalanıb.
Anar Sarıyevin köməkçisi Abyerk Acar olacaq.
A.Acar həm köməkçi, həm də fiziki məşqçi olaraq klubda fəaliyyət göstərəcək.